Arxiv

20.12.15

İntizam olmadan, özünü nə qədər yaxşı hiss etməyinin əhəmiyyəti yoxdur - SƏN HEÇ NƏSƏN!

 Bunu böyük boksçu Mike Tyson deyir. Və bu , heç şübhəsiz, həqiqətdir. İntizam olmadan, yaşanan hər dəqiqə - boşadır. Bundan şübhə bilə duymayın. Çox şeyi bilmədiyimi bilirəm, lakin bunu şübhəsiz bilirəm -  Mədəniyyət, İntizam, Dirilik və Sevgi olmadan, heç nə inkişaf etməz. Çünki, inkişaf etmək üçün , əvvəl dirilmək lazımdır. Dirilmək üçün - Bilmək lazımdır. Bilmək üçün - Yaşamaq lazımdır. Daha doğrusu, yaşamağı bilmək lazımdır. Burdaki, gənclər ölüdür. Bunu hamıya aid etmək olmaz, lakin statistika çoxluq üzərində qurulur.
 Əgər bir insan, sözündə durmursa, onunla əlaqələri kəsmək lazımdır. Çünki, verdiyin sözü tutmamaq ancaq alçaqların edəcəyi hərəkətdir ki, belələrindən nə isə gözləmək axmaqlıqdır.
 Bəs intizam nədir?
İntizam - Çox İstədiyin Nəticəyə Çatmaq Üçün, Heç İstəmədiyin Şeyləri Etmək Qərarıdır.